ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə agentliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat verib.
Sanksiya siyahısına əlavə edilənlər arasında səkkiz İran vətəndaşı, eləcə də həmin ölkədən, BƏƏ-dən və Türkiyədən dörd şirkət var. Bundan əlavə, İranın Mahan Air aviaşirkətinə məxsus iki Boeing 777-200ER təyyarəsi ABŞ Maliyyə Nazirliyinin “qara siyahı”sına əlavə edilib.
Polise.az



