ABŞ müdafiə nazirindən İran açıqlaması: Bir həftəyə tam ələ keçirəcəyik

ABŞ və İsrail Hərbi Hava Qüvvələri bir həftə ərzində İranın hava məkanına tam nəzarəti ələ keçirəcək.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
“ABŞ və İsrail Hərbi Hava Qüvvələri İran səmasını tamamilə idarə edəcək və mübahisəsiz hava üstünlüyünü bərqərar edəcək”, – o bildirib.
Pit Heqset bunun bir neçə gün və ya bir həftədən az müddətdə baş verəcəyini vurğulayıb.
ABŞ müdafiə naziri əlavə edib ki, Pentaqon Yaxın Şərqə daha çox hərbi qüvvə göndərəcək.
Polise.az



