ABŞ müharibələri buna görə uduzur – Korb
ABŞ öz siyasətçilərinin fəaliyyəti səbəbindən müharibələri uduzur.
Bu sözləri amerikalı ekspert Loreuns Korb yazıb.
Yazar xatırladıb ki, Vaşinqton son illərdə Əfqanıstandakı situasiyaya təsir göstərə bilməyib, indi isə İraqda hərbçilərinin sayını azaldır.
Korbun sözlərinə görə, ABŞ əsassız olaraq İraqı kütləvi qırğın silahlarının yaradılmasında ittiham etdi və nəticə olaraq bununla bağlı heç nə tapılmadı:
“Bununla da amerikalılar yerli neft üzərində nəzarəti ələ aldılar. Əldə edilən gəlirlər güclü klanlar və özəl hərbi şirkətlər arasında bölüşdürülür”.