ABŞ-nin Azərbaycandakı səfiri Şəkidə olub
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şəkiyə səfər edib.
Polise.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial şəbəkədə məlumat yayıb.
“Şəkiyə ilk səfərimizdə [həyat yoldaşım] Danusiya ilə mən gözəl Şəki xan sarayını və karvansaranı görüb zövq aldıq. İstedadlı yerli ustalarla tanış olduq və əlbəttə ki, Şəki mətbəxinin ləziz təamlarını da çox bəyəndik!”, – diplomatik missiyanın mətbuat xidməti səfirdən sitat gətirib.
Polise.az