ABŞ-nin Ermənistandakı səfiri Zəngəzurdakı Amerika zavoduna da baş çəkdi…-FOTO

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn Sünik(Zəngəzur) bölgəsinə səfərini yekunlaşdıraraq, Birləşmiş Ştatların sülhə, ortaq iqtisadi rifaha və mədəni irsin qorunmasına davamlı dəstəyini vurğulayıb.

Moderator.az xəbər verir ki, “Arminfo”nun ABŞ səfirliyinin mətbuat xidmətinə istinadla yaydığı məlumatına görə, martın 25-26-da Sünik bölgəsinə səfəri zamanı Kvinn regionun qubernatoru Robert Qukasyan, Tex(Laçın rayonuyla həmsərhəd Dığ kəndi-S.L.) icmasının rəhbəri David Qulunts və yerli sakinlərlə iqtisadi və regional əhəmiyyətli məsələləri müzakirə edib.

“Sünikə, Ararat bölgəsinə gedərkən səfir bu yaxınlarda açılmış, Ermənistanda əsas Amerika sərmayəsi olan və fəaliyyəti iki ölkə üçün qarşılıqlı faydalı olan “GTB Steel” zavoduna baş çəkib. Sünik bölgəsində o, Ermənistanda daha bir böyük Amerika sərmayəsinin nəticəsi olan “Contour Global Hydrocascade” kombinatına baş çəkib”, – diplomatik missiyanın bəyanatında belə deyilir.

Səfirlik qeyd edib ki, “Contour Global” 55 illik kompleksi etibarlı enerji ilə təmin etmək və amerikalılar və yerli əhali üçün iş yerləri yaratmaq məqsədilə Amerika texnologiyasından istifadə etməklə yeniləyib.

Məlumata görə, səfir tarixi Müqəddəs Xripsime kilsəsini də ziyarət edib və burada Ermənistanın mədəni və dini irsinin bütün ölkə ərazisində qorunub saxlanmasının vacibliyini vurğulayıb.

“Səfir Qorisdə təhlükəsizlik vəziyyəti ilə bağlı aydın qiymətlər almaq üçün Aİ Monitorinq Missiyasının nümayəndələri ilə görüşüb. O, həmçinin icma liderləri və sakinlərlə danışıb, ABŞ-nin Ermənistanın ərazi bütövlüyünə və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına dəstəyini bir daha təsdiqləyib”, – ABŞ səfirliyi əlavə edib.

“Sünik əhalisi ilə danışarkən mən onların sülh, sabitlik və firavanlığa ümidini hiss etdim. İki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əlimdən gələni edəcəyəm”, – ABŞ səfiri deyib. Bu mənada o, sülh sazişinə doğru son irəliləyişi alqışlayaraq vurğulayıb ki, onilliklərlə davam edən münaqişəni arxada qoymaq və Cənubi Qafqazda davamlı təhlükəsizlik və iqtisadi tərəqqi istiqamətində iş görmək üçün dönüş nöqtəsi başlayıb”.

“Süniklilərə qonaqpərvərliyə görə təşəkkür edirəm. Tezliklə yenidən Sünikə baş çəkəcəyəm”, –  ABŞ səfiri özü “Facebook” səhifəsində belə yazıb.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button