ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarsın Digər ölkələr-Hakan Fidan

İran ötən ilin iyun ayında ABŞ və İsrailin hava zərbələrindən, həmçinin ötən ay baş verən kütləvi hökumət əleyhinə etirazlardan sonra üzləşdiyi təhdidləri dərk edir.

“Polise.az Reporta ” istinadən  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Financial Times”a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp etirazlardan sonra İrana qarşı hərbi əməliyyat variantlarını nəzərdən keçirərək Yaxın Şərqdə ABŞ hərbi gəmilərindən ibarət armada yerləşdirib:

“İran hökuməti başa düşür ki, ictimai narazılıqlar əsasən iqtisadi çətinliklərlə bağlı idi. Buna görə də onlar sanksiya məsələsinin həll edilməli olduğunu dərk edirlər”.

H.Fidan həmçinin bildirib ki, hərbi eskalasiya halında ABŞ-nin zərbələri İranda mövcud hakimiyyətin dəyişməsinə çətin ki gətirib çıxarsın: “Düşünmürəm ki, bu baş verəcək. Təbii ki, dövlət strukturları və bəzi digər hədəflər vurulacaq və ya məhv ediləcək. Lakin siyasi struktur fəaliyyətini davam etdirəcək”.

Türkiyə XİN başçısı əlavə edib ki, Tramp administrasiyası və İran “keçmişin səhvlərindən qaçmalıdır”, həmin vaxt regional dövlətlər özlərini 2015-ci il nüvə sazişinin imzalanmasına gətirib çıxaran danışıqlardan kənarda qalmış hiss edirdilər:

“İranın ABŞ ilə istənilən razılaşmanı regional tərəfdaşlarla etimadın möhkəmləndirilməsi istiqamətində addımlarla müşayiət etməsi vacibdir. Bu balans zəruridir. Region ölkələri tərəfindən əhəmiyyətli etimad çatışmazlığı var və bu aspektin aradan qaldırılması son dərəcə vacibdir”.

H.Fidan hesab edir ki, həm ABŞ, həm də İran nüvə razılaşmasının əldə olunması üçün kompromisə hazırdır. Lakin o xəbərdarlıq edib ki, İranın ballistik raket proqramının daxil edilməsi ilə danışıqların genişləndirilməsi yeni müharibədən başqa heç nəyə gətirib çıxarmayacaq.

Onun sözlərinə görə, Vaşinqton əsas tələb – İranın uranın zənginləşdirilməsini tamamilə dayandırması məsələsində çeviklik göstərməyə hazır olduğuna dair siqnal verib: “Tehran real razılaşmaya nail olmağa səmimi şəkildə can atır və 2015-ci il sazişində olduğu kimi zənginləşdirmə səviyyəsinə dair məhdudiyyətləri və ciddi yoxlama rejimini qəbul etməyə hazırdır. Amerikalılar, görünür, İranın aydın şəkildə müəyyən edilmiş hədlərdə uranı zənginləşdirməsinə icazə verməyə hazırdırlar”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button