ABŞ-nin sanksiyaları bizi geri çəkindirə bilməz-İran XİN

ABŞ-nin Rusiya ilə əməkdaşlığa görə İrana qarşı mümkün sanksiyaları Tehranı öz maraqlarını qorumaqdan çəkindirə bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, sanksiyalar İrana müəyyən zərər vursa da, ölkənin öz hüquqlarını və milli maraqlarını müdafiə etmək qətiyyətinə təsir göstərmir:

“Şübhəsiz ki, sanksiyalar bizə zərər verir, lakin onlar heç bir halda bizim hüquq və maraqlarımızı qorumaq əzmimizi sarsıda bilməz”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button