ABŞ-nin Ukrayna üzrə planı dəyişdirildi

ABŞ və Ukrayna rəsmiləri arasında Cenevrədə aparılan danışıqlardan sonra Vaşinqtonun Ukrayna üzrə 28 bəndlik sülh planı dəyişdirilib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Qərb rəsmisinə istinadən qeyd olunur ki, dəyişikliklər 20 noyabrda ukraynalı deputat tərəfindən dərc edilən ilkin versiya ilə müqayisədə aparılıb.

Rəsmilər planın müzakirəsi zamanı bir sıra məqamları dəqiqləşdirib, lakin qəzet, hansı bəndlərin dəyişdirildiyini açıqlamır. Hazırda tərəflər təkmilləşdirilmiş sənəd üzərində işi davam etdirir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button