ABŞ-nin xüsusi xidmət orqanının rəhbəri qarət edildi

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemi restoranda yemək yeyərkən qarət edilib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Noemin təhlükəsizliyini təmin edən məxfi xidmət “Capital Burger” restoranının təhlükəsizlik kamerası görüntülərinə baxarkən, tibbi maska ​​taxan naməlum kişinin nazirin çantasını oğurlayaraq restoranı tərk etdiyini görüb.

Məlumata görə, naməlum şəxs içərisində Noeminin sürücülük vəsiqəsi, dərmanları, mənzil açarları, pasportu, iş vəsiqəsi, kosmetikası, çekləri və təxminən 3000 dollar pul olan çantasını oğurlayıb.

Xatırladaq ki, Kristi Noemi ABŞ Daxili Təhlükəsizlik Departamentinə yanvar ayında rəhbər təyin olunub.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button