ABŞ öz vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib
ABŞ Dövlət Departamenti İsraillə “Hizbullah” arasında artan gərginliyə görə vətəndaşlarına Livana səyahət etməmək barədə xəbərdarlıq edib.
Polise.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin internet saytında yenilənmiş səyahət xəbərdarlıqları bölməsində Livanla bağlı yeni xəbərdarlıq dərc edilib.
Bəyanatda son günlər İsrail və “Hizbullah” arasında artan gərginliyə əsaslanaraq, ABŞ vətəndaşlarına Livana səfər etməmələri barədə xəbərdarlıq edilib.
Hazırda Livanda olan ABŞ vətəndaşlarına təhlükəsiz yerə sığınmaq, ölkənin cənub bölgəsində olanlara isə dərhal bölgəni tərk etmək tövsiyə edilib.
Polise.az