ABŞ prezidenti dünyanı əmin etdi: “Rusiya qüvvələri gələn həftə Ukraynaya hücum edəcək”

ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə müsahibəsində Ukrayna ətrafındakı vəziyyətdən danışıb.

Ukraynanın Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan ərazilərində vəziyyətin gərginləşməsinə toxunan Bayden, Vladimir Putinin Ukraynanı işğal etmək qərarının dəqiq olduğuna deyib.

Kiyevin hədəf olacağını bildirən ABŞ prezidenti, Rusiya qüvvələrinin gələn həftə Ukraynaya hücum edəcəyini vurğulayıb.

Bayden vurğulayıb ki, fevralın 24-dən əvvəl hərbi əməliyyatlar başlasa, o zaman Rusiya və ABŞ arasında diplomatiya yolu bağlanacaq.

Ağ Ev rəhbəri bildirib ki, Ukraynanın guya Donbasın separatçıların nəzarətində olan hissəsinə hücum planlaşdırması ilə bağlı yayılan xəbərlər əsassızdır və məntiqə ziddir: “Səhv etməyin, Rusiya öz planlarını davam etdirsə, fəlakətli və lazımsız müharibəyə görə məsuliyyət daşıyacaq” – deyə Bayden əlavə edib.

Bayden bundan əvvəl də Ukraynaya 500 milyon dollar məbləğində  humanitar yardım etdiklərini açıqlayıb. Bu həftənin əvvəlində də rəsmi Kiyevə  iqtisadi dayanıqlığını gücləndirmək üçün 1 milyard dollara qədər əlavə hökumət krediti verəcəklərini bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button