ABŞ rəsmi olaraq ÜST-dən çıxdı

ABŞ rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə təşkilata artıq məlumat verilib.

ABŞ Dövlət Departamentində isə ölkənin 2021-ci ilin iyul ayında ÜST-dən çıxacağı bildirilib.

ABŞ Prezidenti Donald Tramp ÜST-ün pandemiya dövründəki fəaliyyətini tənqid edib.

O,  təşkilatın lazımi islahatları aparmaqdan imtina etdiyi üçün ölkənin ÜST-lə əlaqələrini sona çatdırdığını bildirib.

ABŞ Prezidenti ÜST-ü dəfələrlə koronavirus epidemiyasının miqyasını Çinin maraqları naminə gizlətməkdə günahlandırıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button