“ABŞ Rusiya sərhədində bioloji silah hazırlayır” – Şok iddia

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ı bioloji silahlar düzəltməkdə ittiham edib.

O bu barədə Kommersant qəzetinə müsahibəsində münasibət bildirib.

– Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası virusun süni mənşəyinə dair heç bir iz tapmayıb. Buna baxmayaraq, pandemiyanın Çin tərəfindən düşünülərək təşkil olunduğuna dair versiya geniş yayılıb.

– Diqqətinizə çatdırmaq istərdim ki, dünyada hər gün ABŞ-ın nəzarətində olan yeni biolaboratoriyalar yaranır. Təsadüfə baxın ki əsasən də Rusiya və Çin sərhədlərində. Bizi inandırırlar ki, bu laboratoriyalarda amerikanlar yerli alimlərə təhlükəli xəstəliklərlə mübarizə üçün yeni yollar inkişaf etdirməyə kömək edirlər. Düzdür, bu obyektlərin yerləşdiyi ölkələrin səlahiyyətliləri divarlarının içində baş verənlər barədə heç bir real fikir sahibi deyillər. Əlbəttə, bizim və çinli tərəfdaşlarımızın sualları var. Sərhədlərimizin yaxınlığında dinc sanitariya və epidemioloji stansiyaların olduğu deyilir, amma nədənsə onlar amerikalıların on illərdir hərbi biologiya sahəsində çalışdıqları Merilenddə yerləşən Fort Detriki xatırladır. Yeri gəlmişkən ətraf rayonlarda bu region üçün xarakterik olmayan xəstəliklərin baş verməsinə diqqət yetirmək lazımdır.

-Deyirsiniz amerikalılar orada bioloji silahlar hazırlayır?

-Bunun məhz belə olduğuna inanmaq üçün əsasımız var.

Hamısını Göstər

Related Articles

Back to top button