ABŞ Rusiya-Ukrayna danışıqlarında iştirak etməyəcək

ABŞ Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda baş tutacağı gözlənilən sülh danışıqlarına nümayəndə heyəti göndərməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi bu danışıqlarda iştirak etməməklə, Rusiya və Ukraynanın birbaşa dialoq aparmasına şərait yaratmaq istəyir. Vaşinqton hesab edir ki, bu məsələdə əsas rolu tərəflərin özləri oynamalıdır.

Danışıqların məqsədi atəşkəsin əldə olunması və münaqişənin siyasi yollarla həllidir. Lakin Ukrayna hələlik danışıqlarda iştirakla bağlı qərar verməyib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya bu vaxta qədər verdiyi vədlərə əməl etməyib və konkret təkliflər təqdim etməyib. O, Moskvanı Ukraynanı yenidən aldatmağa çalışmaqda ittiham edib.

Rusiya tərəfi isə danışıqlara hazır olduğunu bəyan edib və İstanbulda görüşün keçirilməsini təklif edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button