ABŞ rusiyalı zabitlər haqqında məlumat verəcək şəxsə 10 milyon dollar vəd etdi
ABŞ Dövlət Departamenti Rusiya kəşfiyyatında xidmət aparan zabitlər haqqında məlumat verən şəxslərə 10 milyon dollar mükafat təklif edib.
Bildirilir ki, söhbət “NotPetya” kompüter virusunu hazırlayıb ABŞ və Böyük Britaniya şirkətlərinin “IT” sistemini sıradan çıxarmaqda iştirak edən rusiyalı zabitlərdən gedir.
Qeyd olunur ki, söhbət Rusiya Federasiyası Baş Qərargahının Baş İdarəsinin altı əməkdaşından gedir.
Onlar Yuri Andriyenko, Sergey Detistov, Pavel Frolov, Anatoli Kovalyov, Artyom Oçiçenko və Pyotr Pliskindir.