ABŞ Rusiyanı HƏDƏLƏDİ: Şimali Koreya əsgərlərini geri çəkməzsən….

Şimali Koreya əsgərləri Rusiya tərəfində müharibəyə girərsə, onlara qarşı Amerika silahlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq tərəfindən səslənib.

Pentaqonun hesablamalarına görə, Şimali Koreya Rusiyaya 10 min əsgər göndərib. “Onlardan bəziləri artıq Ukraynaya yaxınlaşıb və biz Rusiyanın onlardan döyüşdə istifadə etmək və ya Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatları dəstəkləmək niyyətindən getdikcə daha çox narahat oluruq. Əgər Şimali Koreya əsgərləri döyüş meydanında görünsələr, o, “bu, vəziyyəti daha da gərginləşdirəcək və prezident Vladimir Putinin artan çarəsizliyini göstərəcək”, – deyə Sinq bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresi Pentaqonu Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibəyə girəcəyi təqdirdə “birbaşa hərbi əməliyyat” imkanını nəzərdən keçirməyə çağırıb. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, respublikaçı Mayk Turnerin sözlərinə görə, “Bayden-Harris administrasiyası Şimali Koreya qoşunlarının bu münaqişəyə cəlb olunmasının ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir”.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, KXDR-in 1,5 min elit xüsusi təyinatlısı oktyabrın 8-dən 13-dək Vladivostok limanına gəlib və artıq yerli poliqonlarda təlim keçir. Bölmədə əsgərlərdən başqa bir neçə yüksək rütbəli zabit, o cümlədən xüsusi əməliyyatlara komandanlıq edən general var. Tezliklə ikinci qoşun qrupunun göndəriləcəyi gözlənilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button