ABŞ Rusiyaya təsir imkanlarını nəzərdən keçirəcək

ABŞ hakimiyyəti bu həftə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya təsir imkanlarını nəzərdən keçirəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində bildirib .
“Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampla bütün variantlar mümkündür” – deyə, o vurğulayıb.
ABŞ maliyyə nazirinin sözlərinə görə, Trampın Rusiya Prezidenti Vladimir Putinlə Ankoricdə ( Alyaska ) görüşündən sonra Ukrayna ərazisinə hücumlar güclənib.
Qeyd edək ki, avqustun 15-də Rusiya və ABŞ liderləri son 7 ildə ilk dəfə olaraq Alyaskadakı Elmendorf-Rişardson hərbi bazasında genişmiqyaslı görüş keçiriblər. Görüşdə “əhəmiyyətli irəliləyiş” olduğu bildirilsə də, heç bir saziş imzalanmayıb.
Polise.az



