ABŞ səfirliyi: 11 sentyabr terrorundan sonra Azərbaycanın dəstəyini hər zaman qiymətləndirəcəyik

ABŞ-nin Azərbaycandakı səfirliyi 2001-ci il 11 sentyabr terror aktlarında həlak olanların xatirəsini yad edib.

Polise.az  xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bu gün səfir Mark Libbi və ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları Nyu-Yorkda törədilən 11 sentyabr 2001-ci il terror aktlarının 2977 günahsız qurbanının xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar. ABŞ tariximizin bu faciəli anında bizimlə birlikdə olan və yardım təklif edən Azərbaycanın dəstəyini həmişə qiymətləndirəcək”, – paylaşımda bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button