ABŞ səfirliyi xəbərdarlıq etdi: Ölkəmizə qeyri-qanuni gələnlər deportasiya olunacaq – FOTO

ABŞ qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Əgər ABŞ-yə qeyri-qanuni yolla daxil olmağa cəhd etsəniz, viza almaq məqsədilə yalan məlumat versəniz, qanuni icazə olmadan işləsəniz və ya vizanızın müddəti başa çatdıqdan sonra ölkədə qalmağa davam etsəniz ciddi cəzalarla üzləşəcəksiniz. Siz saxlanılaraq deportasiya olunacaqsınız. Bu cəzalara həbs, ölkədən çıxarılma və gələcəkdə ABŞ vizası almaq hüququnda məhrum edilmə daxildir”, – məlumatda qeyd olunub.
