ABŞ səfirliyindən Azərbaycanla bağlı açıqlama-Foto

ABŞ-nin Azərbaycandakı Səfirliyi iki ölkə arasında Strateji tərəfdaşlıq Xartiyasının imzalanması ilə bağlı rəsmi mövqeyini açıqlayıb.

Musavat.com xəbər verir ki, səfirliyin yaydığı bəyanatda sənədin iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanır.

Açıqlamada bildirilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan ilə Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində sıx əməkdaşlığın davam etdirilməsinə sadiqdir.

Sənəddə qeyd olunur ki, imzalanmış Xartiya regionda sabitlik, iqtisadi əməkdaşlıq və strateji dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

WhatsApp Image 2026-02-11 at 01.02.36.jpeg (55 KB)

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button