ABŞ Sakit okeanda narkotik daşıyan iki gəmini vurdu: 5 nəfər ölüb

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən iki gəmini vurub.
Polise.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, sözügedən gəmilər narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutla hərəkət edib. Zərbələr nəticəsində beş nəfər həlak olub.
Qeyd olunur ki, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Polise.az



