ABŞ Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib

Şimali Koreyanın ballistik raket buraxılışı qonşu ölkələri təhdid edir və eyni zamanda, regional təhlükəsizliyə zərər vurur.
Polise.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
“Birləşmiş Ştatlar Şimali Koreyanın dekabrın 17-də ballistik raket buraxılışını pisləyir. Bu buraxılış cari il Pxenyanın həyata keçirdiyi digər ballistik raket buraxılışları kimi, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur”, – bəyanatda qeyd edilib.
Polise.az


