ABŞ şirkətinin nümayəndəsi: Bakı Enerji Forumu çox yüksək səviyyədə təşkil olunub

Mən artıq ikinci dəfədir ki bu tədbirdə iştirak edirəm və təmsil etdiyim şirkət mütəmadi olaraq sərgiyə qatılır.

Bunu AZƏRTAC-a Bakı Enerji Forumunda iştirak edən ABŞ-ın “National Oilwell Varco” (NOV) şirkətinin nümayəndəsi Klaus Meyer (Claus Meyer) deyib.

Ofislərinin ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşdiyini deyən Klaus Meyer Azərbaycandakı ofislərinin üç müəssisədən ibarət olduğunu vurğulayıb.

“Burada 200-ə yaxın işçi çalışır. Biz neft və qaz sahəsində istifadə olunan avadanlığın istehsalı ilə məşğuluq. Tədbir çox yüksək səviyyədə təşkil olunub. Panel iclasları çox maraqlı keçir”, – deyə “National Oilwell Varco” şirkətinin nümayəndəsi qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button