ABŞ Ukraynaya əlavə 800 milyon dollar ayırmağı planlaşdırır

ABŞ Konqresində müzakirəyə çıxarılan Müdafiə Büdcəsi layihəsi 2026 və 2027-ci illərdə Ukraynaya hər il 400 milyon dollar olmaqla ümumilikdə 800 milyon dollarlıq hərbi dəstək nəzərdə tutur.

Teleqraf xəbər verir ki, sənəddə həmçinin Pentaqon rəhbərinə yeni öhdəlik qoyulur:

“Müdafiə naziri Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması və ya məhdudlaşdırılması barədə Nümayəndələr Palatası və Senata xüsusi hesabat təqdim etməlidir. Layihə üzrə səsvermələr qarşıdakı günlərdə başlayacaq”.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində çoxsaylı səylər göstərən ABŞ hökuməti maliyyə yardımının dayandırılması ilə bağlı da açıqlamalar verib. Bu fikirləri bir neçə dəfə Prezident Donald Tramp da dilə gətirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button