ABŞ Ukraynaya hərbi yardımı yaxın zamanlarda bərpa etməyi planlaşdırmır

ABŞ nadir torpaq metallarına dair razılaşma imzalansa belə, Ukraynaya hərbi yardımı bərpa etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə “CBS News” ABŞ-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
“ABŞ-nin Ukraynaya yardımı bərpa etməsi ilə bağlı heç bir söhbət aparılmır. ABŞ Prezidenti Donald Tramp Ukraynadan bəzi əlavə şərtlər tələb etməyi istəyir. Lakin hazırda bu şərtlər qeyri-müəyyən olaraq qalır”, – məlumatda deyilir.
ABŞ-nin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq bundan yardımın bərpası qərarının nədən asılı olacağını bilmədiyini etiraf etmişdi.
Polise.az