ABŞ və Avropa Putini dayandırmaq üçün hərəkət etməlidir-Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə ölkənin yenidən Rusiya tərəfindən kütləvi hücuma məruz qaldığını açıqlayıb. Hücum zamanı 50-dən çox raket və 500-dən çox zərbə dronu, o cümlədən qanadlı raketlər, Shahed PUA-ları və “Kinjal” raketləri istifadə edilib.
Teleqraf xəbər verir ki, bu barədə o özünün “Telegram” kanalında yazıb.
Zelenski bildirilib ki, hücumların hədəfi Lviv, İvano-Frankivsk, Zaporojiye, Çerniqiv, Sumi, Xarkov, Xerson, Odessa və Kirovohrad regionları olub. Hadisələr nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. O, hadisə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib.
Ukrayna lideri hökumət rəsmilərindən effektiv və yüksək keyfiyyətli iş görmələrini tələb edib.
Prezident qeyd edib ki, Rusiya hücumları Ukraynanın infrastrukturunu hədəf alır və buna qarşı hava müdafiəsinin gücləndirilməsi zəruridir. O, həmçinin ABŞ və Avropanı Putini dayandırmağa çağırıb.
Polise.az



