ABŞ, Böyük Britaniya və Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklər

ABŞ Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu barədə Ağ Evin saytında məlumat verilib.

Qeyd edilir ki, ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.

“Prezident Bayden bu gün (dünən-red) Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləmək üçün danışıb. Bayden Rusiya Prezidenti Putinin Ukraynanın qondarma DXR və LXR bölgələrinin “müstəqilliyini” tanımaq qərarını qətiyyətlə pisləyib. O, həmçinin Zelenskiyə ABŞ-ın bu hərəkətlərinə cavabı barədə məlumat verib və ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb”, – məlumatda bildirilir.

Ağ Ev vurğulayıb ki, Bayden Zelenski ilə telefon danışığında “Birləşmiş Ştatların cəld və qətiyyətlə cavab verəcəyini, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarçısını almaq üçün müttəfiqləri və tərəfdaşları ilə addım atacaqlarını” təsdiqləyib.

***

Böyük Britaniya hökuməti “Luqansk və Donetsk xalq respublikalarının” tanıdığı üçün Rusiyaya qarşı sanksiyalar zərfi hazırlayıb.

Bu barədə Britaniyanın Baş naziri Boris Consonun mətbuat xidməti məlumat yayıb.

Sanksiyalar fevralın 22-də tətbiq olunacaq.

B.Conson bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskini məlumatlandırıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb.

***

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı ilk sanksiyaları fevralın 22-də qəbul ediləcək”.

Bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar Aİ-nin DXR və LXR-in tanınmasına tam cavabı olmayacaq.

Hamısını Göstər

Related Articles

Back to top button