ABŞ və Britaniya Yəməndə husilərə yenidən zərbə endirib
ABŞ və Böyük Britaniya qiyamçı hərəkatı “Ansar Allah” (Husi) nəzarətində olan Yəmən ərazisinə zərbələr endirir.
Polise.az-ın məlumatına görə, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Xüsusilə, Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri hücuma məruz qalıb. “Al Hadath” telekanalının məlumatına görə, eyniadlı əyalətin inzibati mərkəzi Damar şəhərinin cənubunda yerləşən Əl-Qarn düşərgəsində husilərin hədəflərinə azı üç zərbə endirilib. Partlayış səsləri Hudeyda hava limanı yaxınlığında da eşidilib.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.
ABC telekanalı isə rəsmilərə istinadən ABŞ-nin üsyançı “Ansar Allah” hərəkatının hədəflərinə yeni hücuma keçdiyini bildirib. Qeyd edilir ki, zərbə Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının tezliyinə cavab idi.
Polise.az