ABŞ və İsrail İraqda iranpərəst şiə dəstələrinin mövqelərinə zərbə endirib

ABŞ və İsrail İraq ərazisində fəaliyyət göstərən iranpərəst şiə silahlı dəstələrinin mövqelərinə birgə zərbə endirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, hücumların hədəfi “Əl-Həşd əş-Şəəbi” şiə könüllü dəstələrinin mövqeləri olub.
İlkin məlumata əsasən, zərbələr ölkənin cənubunda yerləşən obyektlərə, həmçinin Diyala və Mütənna əyalətlərində, eləcə də Ənbar əyalətinin Əl-Qaim şəhəri ətrafındakı mövqelərə endirilib.
Polise.az



