ABŞ və İsrailin İranda vurduğu yerlərin XƏRİTƏSİ

ABŞ və İsrail qüvvələrinin İranda vurduğu obyektlərin xəritəsi hazırlanıb.

Musavat.com xəbər verir ki, xəritə Oregon Dövlət Universitetinin mütəxəssisləri tərəfindən peyk görüntülərinin təhlili əsasında tərtib olunub.

Məlumata görə, zərbələrin əsas hissəsi İranın paytaxtı Tehran və Şiraz şəhərlərində cəmləşib. Peyk təhlilləri həmin ərazilərdə bir sıra obyektlərin zədələndiyini göstərir.

Bununla yanaşı, İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərində də ciddi dağıntıların olduğu bildirilir. Hörmüz boğazı yaxınlığında yerləşən və mühüm hərbi dəniz bazasının olduğu bu şəhərdə 40-dan çox strukturun zədələndiyi qeyd olunur.

photo_2026-03-15_23-19-42.jpg (183 KB)

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button