Abşeronda piyadanın ölümü ilə nəticələnən qəza baş verdi – FOTO

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, 1967-ci il təvəllüdlü Ağababa Ağayev yolu keçmək istəyərkən “Opel” markalı minik avtomobilinin vurması nəticəsində ağır xəsarətlər alıb.
Aldığı xəsarətlər nəticəsində piyada hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, müvafiq araşdırma tədbirlərinə başlanılıb.
Faktla bağlı araşdırma aparılır.






