Adil Əliyev: “Yetkinlik yaşına çatmayanlar insan alverinin qurbanına çevrilir”
“Ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində görülən işlər yüksək xətlə davam etməkdədir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı Sədrin müavini Adil Əliyev deyib.
O qeyd edib ki, Milli Məclisin qarşısına qoyulmuş ən mühüm məsələlərdən biri də cəmiyyətin inkişafı ilə bağlı zəruri addımların atılmasıdır: “Bu gün yetkinlik yaşına çatmayanlar insan alverinin qurbanına çevrilir. Son günlər 4 yeniyetmə qızın digərini döyməsi ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətti”nin ictimaiyyətə təqdim edilməsi üçün işlər görülməlidir. Çünki bu “Qaynar xətt” əhali arasında kifayət qədər tanınmır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla insan alveri qurbanlarının işə cəlb edilməsi də zəruridir”.