Adnan Əhmədzadənin sərvəti açıqlandı

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin sərvətinin dəyəri bəlli olub.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, hazırda onun sərvəti 10-12 milyon dollar arasında qiymətləndirilir.

Məlumata görə, bu sərvətin başlanğıc nöqtəsi onun SOCAR-ın reklam və maliyyə əməliyyatları bölməsindəki keçmiş rolu ilə sıx bağlıdır.

Qeyd olunur ki, Adnan Əhmədzadənin xalis sərvəti ictimaiyyətə açıqlanmayıb, çünki iş adamı maliyyəsi ilə bağlı detalları gizli saxlamağı bacarıb.

Bundan başqa, Adnan Əhmədzadənin biznes layihələrinin geniş sahələri əhatə etdiyi və hər birinin onun təsirli sərvətinə əhəmiyyətli dərəcədə töhfə verdiyi məlumatda qeyd olunub.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button