ADPU-nun Şamaxı Filialında “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi

Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialının pedaqoji və tələbə heyətinin “Polisə Dəstək” İctimai Birliyi ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda birgə maarifləndirici tədbir keçirilimişdir.  

Tədbiri giriş sözü ilə  filialın direktoru, dosent Tünzalə Yusifova açmış,insanın alğı-satqısını ümumbəşəri problem kimi insan hüquq və azadlıqlarına və vətəndaşların iradə azadlığına zidd olmasını iştirakçıların diqqətinə çatdırmış,bu cinayətlərin qarşısını almaq və risk qrupuna aid ola biləcək “qurbanları” maarifləndirmək məqsədilə profilaktik əhmiyyət kəsb edən ictimai tədbirlərin keçirilməsini vacib hesab etmişdir.  Qeyd olunmuşdur ki,dövlətin cinayətkarlıqla mübarizə siyasətinə dəstək vermək məqsədilə ADPU-nun Şamaxı filialında  maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzində olmuşdur.

Məruzə ilə çıxış edən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2005-ci ildən başlayaraq bu sahədə əldə edilən uğurlarından danışmış,qurbanların mühafizəsi və cəmiyyətə reinteqrasiyası,habelə Transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növü olan insan alverinə qarşı mübarizənin vəziyyəti barədə iştirakçılara məlumat vermiş,Milli Fəaliyyət Planının tələblərinə müvafiq olaraq dövlət orqanları ilə QHT-nın,habelə KİV-nin dəstək verdiyi birgə fəaliyyətinə önəm vermişdir. Məruzədə BMT-nin statistikası ətrafında da fikirlər söylənilmiş,insan alveri ilə bağlı beynəlxalq təşkilatların uğursuz fəaliyyətindən dünya ictimaiyyətinin haqlı narahatlığını da vurğulamışdır. İl ərzində insan alverindən əldə edilən gəlir 32-35 milyard dollar təşkil edir və 2,5 milyon insan bu cinayətin müxtəlif formalarından əziyyət çəkir. İnsan alveri qurbanları arasında qadın və uşaqların çoxluğuna diqqət yönəldilib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov qlobal problem olan insan alverinin yaranma tarixindən və mahiyyətindən, faktiki olaraq bütün dünya ölkələrində bu xüsusilə ağır cinayətlərindən danışıb. İnsan alverinin həm milli, həm də transmilli xarakter daşıması xüsusi vurğulanmışdır..

Tədbir diskussiya şəraitində davam etmiş,verilən suallara cavab verilmişdirdir.

Hamısını Göstər

Related Articles

Back to top button