ADY: Naxçıvan dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, uzunluğu 194,1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button