Afina təşvişdə: “Akkuyu”nu ABŞ-a şikayət etdi

Türkiyənin “Akkuyu” atom elektrik stansiyasının üçüncü nüvə reaktoru ilə bağlı atdığı addımlar Yunanıstanı təşvişə salıb.

Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.

Qəzet Yunanıstan xarici işlər naziri Nikos Dendiasla ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutan telefon danışığının təfərrüatını yazıb.

45 dəqiqə davam edən telefon danışığı zamanı Dendias “Akkuyu” atom elektrik stansiyasının inşa etməyin bir neçə “problemli” nəticəsini gündəmə gətirib. Guya adı çəkilən atom elektrik stansiyası Türkiyəyə yaxın dövlətlərin təhlükəsizliyinə təhdid yaradır.

Eyni zamanda, Ankaranın “Akkuyu” haqqında ətraflı məlumat paylaşmaq istəmədiyi də bildirilib.

Qəzet yazır ki, Türkiyə nüvə sahəsi üzrə mühəndislər yetişdirir. Bununla da həm mülki, həm də hərbi istifadə üçün hazırlanmış parçalanan material və avadanlıqlar əldə etmək istəyir.

Hamısını Göstər

Related Articles

Back to top button