Ağ Ev: – “ABŞ İranın dron hücumuna baxmayaraq, Tehranla danışıqları davam etdirir”.

İranın ABŞ-yə məxsus aviadaşıyıcıya dron hücumunabaxmayaraq, Vaşinqton rəsmi Tehranla danışıqları ləğv etməyəcək”.
Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib. O, əlavə edib ki, İran tərəfi ilə danışıqlar bu həftə gündəmdə qalır. “Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır”, – K.Levitt bildirib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov bildirib ki, ötən gün İran pilotsuz uçuş aparatlarının Amerika daşıyıcı gəmisinə yaxınlaşması gərginliyin artmasına xidmət edən bir addımdır və təxribat kimi qiymətləndirilməlidir:
“Nəzərə alsaq ki, iki gün sonra ABŞ və İran nümayəndələri İstanbulda bir araya gələcəklər, bu hadisə ,xüsusilə, diqqət çəkir. Amerika tərəfi isə ötən günkü insidentə baxmayaraq, danışıqları ləğv etmədi və iki gün sonra keçiriləcək görüşlərin olduqca ciddi əhəmiyyət daşıdığı görünür.
Əgər tərəflər masa arxasında müəyyən məsələlər üzrə razılığa gələ bilsələr və danışıqların bundan sonra da davam etdirilməsi barədə qərar qəbul etsələr, bu, gərginliyin azaldılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilə bilər”.
Əlavə olaraq, politoloq bildirib ki, şübhəsiz ki, danışıqlar, diplomatik və siyasi müzakirələr, eləcə də, məsələnin siyasi yolla həlli gərginliyin azalması üçün ciddi amildir:
“Düşünürəm ki, hazırkı mərhələdə tərəflər məhz bu istiqamətdə maraqlıdırlar. Həm Donald Tramp, həm də İran prezidenti danışıqların başlanması ilə bağlı sərəncam və göstərişlər veriblər. Bu da onu göstərir ki, İran prezidenti danışıqlarda maraqlıdır. Doğrudur, son qərarın verilməsi təkcə onun səlahiyyətində deyil, lakin mövcud mərhələdə tərəflərin dialoqa üstünlük verdiyi aydın görünür. Əgər İstanbulda keçiriləcək görüş müsbət nəticələnsə, tərəflər müəyyən razılaşmaya gələ bilsə və müzakirələrin davam etdirilməsi barədə qərar qəbul olunsa, bölgədə gərginliyin azalması prosesinin başlandığını söyləmək mümkün olacaq. Əks halda isə regionda gərginliyin artmasının şahidi ola bilərik”. \İnformator.Az Səadət Əlizadə\
Polise.az



