“Ağ ev Maskın ictimai bəyanatlarından narahatdır” – KİV

ABŞ Prezidenti Donald Trampın çevrəsində ABŞ Dövlət Səmərəliliyi Departamentinin (DOGE) başçısı İlon Maskın mətbuata tez-tez müsahibə verməsinin lazım olub-olmadığı ilə bağlı şübhələr irəli sürülüb.
Ağ evdəki mənbələrə görə, Maskın bəyanatları təqaüdçüləri narahat etsə də, bunlar Tramp administrasiyasının siyasətinə təsir etməyəcək.
“Biz sosial təminata toxunmağı planlaşdırmırıq”, – telekanalın həmsöhbətləri vurğulayıb.
Daha əvvəl DOGE-dən bildirilib ki, Vaşinqton 120 yaşdan yuxarı 3,2 milyon ABŞ sakinini ölmüş kimi tanıyıb, halbuki onlar hələ də dövlət verilənlər bazalarında sağ kimi qeydiyyatda olublar.
Maskın özü hələ fevralda sosial təminat sistemində 120-dən 369 yaşa qədər olan insanlar haqqında qeydlərin olmasına diqqət çəkmişdi.
Polise.az