Ağ Evdə Azərbaycan–Türkiyə–Avropa enerji interkonnektorları müzakirə edildi

Ağ Evdə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun sosial şəbəkə hesabında qeyd edib.
Nazir bildirib ki, ABŞ-nin Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşüb:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlararası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq”, – o bildirib.




