Ağ Evin yüksək çinli məmurları bir-birinin ardınca istefa verir
ABŞ-ın birinci xanımı Melaniya Trampın iki yüksək rütbəli köməkçisi Kapitolidə baş verənlərdən sonra istefa edib. Ağ Evin digər yüksək vəzifəli şəxsləri, o cümlədən ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert O`Brayın və müavini Metyu Pottinqer də istefa etməyi düşünürlər.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verir.
Qeyd edək ki, Donald Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqres binasına basqın etdikdən sonra Stefani Qrişem birinci xanımın administrasiya rəhbəri vəzifəsindən istefa verib.
Ağ Evin ictimai katibi Riki Niketa və Ağ Evin mətbuat katibinin müavini Sara Metyus da istefa verənlər sırasındadırlar.