Ağcabədidə 2 nəfər qətlə yetirilib

Ağcabədidə 2 nəfər qətlə yetirilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib.
İlkin məlumata görə, kənd sakinləri arasında mübahisə qətillə nəticələnib.
Qətlə yetirilən kənd sakinlər 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Teymurxan oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğludur.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Polise.az



