Ağdərə istiqamətində erməni postları boşaldılır, partladılır

Qarabağda qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına başlanılıb.

Bu barədə video və yazılı materiallar sosial şəbəkələrin erməni seqmentində tirajlanır.

Məlumatlara görə, Ağdərə istiqamətində erməni tərəfinin postları boşaldılır. Həmin postların hətta Rusiya sülhməramlıları tərəfindən partladıldığı da bildirilir. Bu postların yeri Azərbaycan tərəfindən buldozerlərlə doldurulur.

Məlumatda bildirilir ki, erməni tərəfinin postlarının 10-dan 9-u boşaldılıb.

Prosesin davam edəcəyi, Ağdərə, Ağdam istiqamətindən sonra Xocavənd istiqamətində postların eyni qayda ilə boşaldılacağı bildirilir.

Hamısını Göstər

Related Articles

Back to top button