Ağdərədə erməni minaya düşərək öldü
Tərtərin Ağdərə qəsəbəsində erməni mülki şəxs minaya düşərək ölüb.
Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.
Qeyd edilir ki, ekskavator idarə edən M.M. minaya düşərək müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq yerindəcə ölüb.
Faktla bağlı araşdırma başladılıb.



