Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan iki qardaş saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan polise.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Əyyub saxlanılıblar. V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374 ədəd, qardaşı Əyyubun həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
 
Faktla bağlı Ağdam RPŞ-də  araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button