Ağdaş rayon sakini qanunsuz saxladığı odlu silahları polisə təhvil verib

Ağdaş rayon sakini qanunsuz saxladığı odlu silahı polisə könüllü təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  Polise.az -a verilən məlumata görə, görülən tədbirlər nəticəsində Ağdaş rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngi polis şöbəsinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu istiqamətdə polis əməkdaşları zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button