Ağdaşda karantin rejimi ilə əlaqədar qapalı obyektlərdə qaydalara riayət etməyənlər cərimələnib

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, vətəndaşların sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı mağazalarda, iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılıb,onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilib. Mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar,eləcə də COVID-19 pasportu tələb edilən sahələrdə peyvənd olunmadan fəaliyyət göstərən şəxslər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Hamısını Göstər

Related Articles

Back to top button