Ağdaşda yaşlı qadın qətlə yetirildi, oğlu saxlanıldı – YENİLƏNDİ

Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, ilkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

09:54

Martın 23-də saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Teleqraf-ın Mərkəzi Mərkəzi Aran bürosu xəbər verir ki, araşdırmalarla onun qəsdən kəsici alətlə qətlə yetirildiyi müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button