Ağstafada icra başçısının müavininin qardaşı heroinlə tutuldu
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.
1968-ci il təvəllüdlü Babək Hacıyev polisin dünən keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonu Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanmışdı.