Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.

Polise.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov uşağı oğurlayaraq yaşadığı evə gətirib.

O, uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan T.Omarov polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button