Ağsu sakini silahını könüllü olaraq polisə təhvil verib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, vətəndaşlara edilən müraciət və aparılmış profilaktiki tədbirlərin nəticəsi olaraq Ağsu rayon Növcü kənd sakini Nəcəf Məmmədov qanunsuz olaraq saxladığı 24 çaplı, tək lüləli ov tüfəngini könüllü olaraq polis şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button